"Times" qəzetində yer alan bir xəbərə görə, ABŞ bu il ərzində dünyanın ən böyük neft və neft məhsulları ixracatçısı olacaq. ABŞ bu adı 70 ildir əlində saxlayan Səudiyyə Ərəbistanından alacaq.
"Rystad Enerji" adlı araşdırma şirkətinin proqnozlarına görə, "çox qısa bir müddət əvvələ qədər ağıllara belə gəlməyəcək" bu dəyişiklik bu il ərzində reallaşacaq.
Səudiyyə Ərəbistanının 1950-ci illərdə neft ixrac etməyə başlamasından bu yana qlobal neft bazarında aparıcı olduğu, ancaq texnologiyanın inkişafı ilə Texasda başlayan şist nefti istehsalının "ABŞ-ın hakimiyyəti dövrünü başlatdığı" vurğulanır.
Texasdan xam neft ixracının artması ilə artan qlobal neft təklifinin, Rusiya və Səudiyyə Ərəbistanı iqtisadiyyatlarını zəiflətdiyi və bu ölkələrin qiymətlərin düşməsini əngəlləmək üçün hasilatlarını azaltmaq məcburiyyətində qaldıqları bildirilir.
"Rystan Enerji"nin tərəfdaşlarından Per Maqnus Nysveen, "Amerikanın neft və qaz ixracının artması ilə, ABŞ-ın ticarət kəsiri "buxarlanacaq" və xarici borcları tez ödənəcək" deyir.
"Rystad"ın hesabatında, ixracda ABŞ-ın Səudiyyə Ərəbistanını ilin üçüncü rübündə keçəcəyi ehtimal edilir.
Marja