Dünyanın ən böyük neft istehsalçısı olan ABŞ-ın neft ixracı, 1973-cü ildən bu yana ilk dəfə neft idxalını geridə qoyub.
Sentyabr ayında ölkənin neft ixracı idxalından gündəlik orta hesabla 89 min barel çox olub.
Sentyabr ayında ABŞ-ın neft idxalı 8 milyon 668 min barel, neft ixracı isə 8 milyon 757 min barel səviyyəsində reallaşıb. Beləliklə, ölkədə xam neft və neft məhsullarını əhatə edən neft ixracı 1973-cü ildən bu yana ilk dəfə idxalı keçib.
ABŞ-ın 2009-da neft ixracı, idxalından gündəlik orta hesabla 10 milyon barel aşağı idi. Bu fərqin bağlanmasına ABŞ-ın artan xam neft istehsalı səbəb oldu. Ölkədə gündəlik ortalama xam neft istehsalı 2009-da 5,3 milyon barel ikən, bu miqdar sentyabrda 12,1 milyon barelə yüksəlib.
Keçmiş ABŞ Prezidenti Barak Obama 2015-ci ilin sonunda ABŞ-ın xam neft ixracına maneə törədən qadağanı ləğv etmişdi. ABŞ, 2018-ci ilin Noyabr ayında əvvəl Səudiyyə Ərəbistanını, daha sonra da Rusiyanı geridə qoyaraq dünyanın ən böyük xam neft istehsalçısı olmuşdu.
marja