ABŞ-ın neft istehsalında yeni rekord | Banco.az

ABŞ-ın neft istehsalında yeni rekord

ABŞ-da xam neft istehsalı keçən həftə gündəlik orta hesabla 12,9 milyon barelə yüksələrək yeni bir rekord qırıb.

ABŞ Enerji İnformasiya İdarəsinin (EIA) məlumatlarına görə, ölkədə xam neft istehsalı keçən həftə bir əvvəlki həftə ilə müqayisədə gündəlik orta hesabla 107 min barel artıb. Keçən həftə ölkənin gündəlik orta xam neft istehsalı Alyaska ştatında 7 min barel, digər ştatlarda 100 min barel artıb.

Beləliklə, 16-22 Noyabr həftəsində dünyanın ən böyük xam neft istehsalçısı ABŞ-da təxminən 12,9 milyon barel olmaqla gündəlik istehsalda yeni bir rekord qırılmışdır. 

ABŞ-ın gündəlik orta hesabla xam neft istehsalı sonuncu dəfə 2-8 Noyabr həftəsində 12,8 milyon barelə çataraq rekord qırmışdı.

Ən sərfəli kredit üçün müraciət et

XAM NEFT EHTİYATLARI ARTIB

EIA, ölkədəki kommersiya (satış üçün) xam neft ehtiyatlarının keçən həftə 1,6 milyon barel (0,3%) artaraq 452 milyon barelə yüksəldiyini açıqlayıb. Bazar gözləntisi ehtiyatların 0,4 milyon barel düşəcəyi istiqamətində idi. Xam neft ehtiyatları bir əvvəlki həftə 1,4 milyon barel artım qeyd etmişdi.

Kommersiya xam neft ehtiyatlarına daxil olmayan strateji xam neft ehtiyatları isə keçən həftə 1,4 milyon barel (0,2%) geriləyərək 636,2 milyon barel təşkil edib.

marja

Ən sərfəli krediti almaq üçün müraciət et