ABŞ-da neft ehtiyatlarının artması ilə əlaqədar olaraq neft qiymətləri düşür.
Eyni zamanda, qlobal iqtisadiyyatın ləngiməsi ilə əlaqədar olaraq neftə tələbin azaldığına dair narahatlıqlar güclənib.
Özəl sektorun maliyyələşdirdiyi Amerika Neft İnstitutunun (API) məlumatlarına görə, ABŞ-da xam neft ehtiyatları ötən həftə 10.5 milyon barel artıb.
Enerji İnformasiya İdarəsinin (EIA) Cümə axşamı günü açıqlayacağı rəsmi göstəricilər də bu artımı təsdiq edərsə, ehtiyatlar 2017-ci ilin Fevral ayından bu yana ən böyük artımını reallaşdırmış olacaq.
Bakı vaxtı ilə saat 11:30-da Brent nefti 0,8% ucuzlaşma ilə 58,93 dollardan alıcı tapıb. ABŞ xam neftinin qiyməti isə 0,9% düşərək 52,90 dollara geriləyib.
Marja