ABŞ-ın neft ehtiyatları yenidən artıb - RƏSMİ | Banco.az

ABŞ-ın neft ehtiyatları yenidən artıb - RƏSMİ

Ötən həftənin yekunlarına görə (1-5 iyun), ABŞ-ın kommersiya neft ehtiyatları 5,72 mln. barel artaraq 538,07 mln. barel təşkil edib.

Bu barədə ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Agentliyinin (EIA) dərc etdiyi hesabatda bildirilir.

Məlumata əsasən, bundan öncə analitiklər ABŞ-ın neft ehtiyatlarının 1,74 mln. barel azalacağı proqnozlaşdırırdı.

Xatırladaq ki, ABŞ-ın neft ehtiyatları haqqında məlumatlar dünya bazarında olan "qara qızıl"ın qiymətinə əhəmiyyətli dərəcədə təsir edir.

APA

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

İnstagram

Telegram