ABŞ-ın neft ehtiyatları son 4 ayda ilk dəfə azalmağa başlayıb | Banco.az

ABŞ-ın neft ehtiyatları son 4 ayda ilk dəfə azalmağa başlayıb

Bu ilin son dörd ayı ərzində ABŞ-ın neft ehtiyatları ilk dəfə azalmağa başlayıb. 

ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Agentliyinin (EIA) dərc etdiyi hesabata istinadən məlum olur ki, ötən həftə ərzində ABŞ-ın neft ehtiyatları 745 min. barel azalaraq 531,78 mln. barel təşkil edib.

Məlumata əsasən, bundan öncə analitiklər ABŞ-ın neft ehtiyatlarının 4,15 mln. barelə yaxın artacağını proqnozlaşdırırdı.

Xatırladaq ki, ABŞ-ın neft ehtiyatları haqqında məlumatlar dünya bazarında olan "qara qızıl"ın qiymətinə əhəmiyyətli dərəcədə təsir edir.

APA

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram