ABŞ-ın neft ehtiyatları artıb | Banco.az

ABŞ-ın neft ehtiyatları artıb

Ötən həftə Birləşmiş Ştatların xam neft ehtiyatları çoxalıb.

Bu barədə əsasən özəl sektorun maliyyələşdirdiyi Amerika Neft İnstitutu (API) məlumat yayıb. Bildirilir ki, keçən həftə ölkədəki neft ehtiyatları əvvəlki həftə ilə müqayisədə 6,6 milyon barrel artaraq 443,6 milyon barrel olub. Bazar proqnozları ehtiyatların 42 min barrel azalacağı istiqamətində idi.

Ən sərfəli kredit üçün müraciət et

Əvvəlki həftə isə ABŞ-ın neft ehtiyatları azalmışdı.

Ölkədəki ehtiyatlarla bağlı rəsmi rəqəmlər ABŞ-ın Enerji İnformasiya Administrasiyası (EIA) tərəfindən açıqlanacaq.

Ən sərfəli krediti almaq üçün müraciət et