ABŞ-ın müflis olmuş bankında ixtisarlar başlayıb | Banco.az

ABŞ-ın müflis olmuş bankında ixtisarlar başlayıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Silikon Vadisi Bankının (SVB) yeni sahibi olan “First Citizens” işçi qüvvəsinin 3 faizini ixtisar edib.

Banco.az xəbər verir ki, ABŞ-ın müflisləşmiş Silikon Vadisi Bankının (SVB) yeni sahibi olan “First Citizens” bankın işçi qüvvəsinin təxminən 3 faizinə təsadüf edən 500 nəfəri işdən çıxarmağa qərar verib.

"First Citizens Bank"ın baş icraçı direktoru Frank Holdings mövzu ilə bağlı açıqlamasında bildirib ki, ixtisarlar təkcə “müəyyən” korporativ mövqelərə şamil ediləcək.

Qeyd edilib ki, bankın müştərilərlə birbaşa ünsiyyətdə olan əməkdaşları üçün yeni qərarın təsiri olmayacaq.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et