ABŞ-ın maliyyə naziri yenidən Çinə səfər edəcək | Banco.az

ABŞ-ın maliyyə naziri yenidən Çinə səfər edəcək

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ-ın maliyyə naziri Canet Yellen narahatlıq doğuran çətin məsələləri müzakirə etmək üçün gələn il ikinci dəfə Çinə səfər etməyi planlaşdırır.

Banco.az xəbər verir ki, ABŞ Maliyyə Nazirliyi Yellenin bu gün ABŞ-Çin İşgüzar Şurasının 50 illik yubiley şam yeməyində təqdim edəcəyi nitq mətnindən çıxarışlar dərc edib.

ABŞ və Çin arasında iqtisadi əlaqələri dəyərləndirən Yellen xatırladıb ki, o və digər ABŞ rəsmiləri ölkələrinin Çinlə əlaqələrini kəsməyə çalışmadığını dəfələrlə bəyan ediblər. Nazir bildirib ki, əks halda bu vəziyyət həm iqtisadiyyatımıza zərər verər, həm də qlobal miqyasda mənfi nəticələrə gətirib çıxarar. 

ABŞ-ın Çinlə hər iki tərəfin xeyrinə olan sağlam iqtisadi əlaqələri davam etdirəcəyini vurğulayan Yellen qlobal çağırışlara qarşı Çinlə əməkdaşlığa çalışacaqlarını qeyd edib.

Ən sərfəli kredit üçün müraciət et

2024-cü ildə iki ölkə arasında iqtisadi əlaqələrin əsas prioritetlərinə toxunan Yellen ABŞ-ın ABŞ-Çin ikitərəfli iqtisadi əlaqələrini məsuliyyətli şəkildə idarə etməyi davam etdirməyi hədəfləyəcəyini də bildirib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram