ABŞ-ın maliyyə naziri inkişaf banklarına müraciət edib | Banco.az

ABŞ-ın maliyyə naziri inkişaf banklarına müraciət edib

Tamara Mustafayeva, Banco.az

ABŞ-ın maliyyə naziri Canet Yellen Dünya Bankı kimi çoxtərəfli inkişaf banklarını biznes modellərini yeniləməyə çağırıb.

Banco.az xarici mətbuata istinadla xəbər verir ki, Yellen Qlobal İnkişaf Mərkəzində etdiyi çıxışda qlobal iqtisadiyyatın üzləşdiyi əsas problemlər və inkişafa baxışı dəyərləndirib.

Bir çox inkişaf etmiş iqtisadiyyatların çox yüksək inflyasiya ilə üzləşdiyini ifadə edən nazir bəzi böyük iqtisadiyyatların enerji mənbələrindəki qeyri-müəyyənlik səbəbiylə daha çox təzyiqlə qarşılaşdığını və bu fərqli çətinliklərin fərqli siyasi yanaşmalar tələb etdiyini vurğulayıb.

O həmçinin qeyd edib ki, inkişaf etmiş ölkələrdəki makroiqtisadi sərtləşmənin beynəlxalq təsirləri ola bilər, odur ki, məzənnə dəyişikliyinin mümkün nəticələri ilə bağlı diqqətli mövqedədirlər.

Çoxtərəfli inkişaf banklarının təkbaşına lazım olan miqyasda maliyyə təmin edə bilməyəcəyinə, ancaq onların həllin kritik parçası olduqlarına diqqət çəkən Yellen çoxtərəfli inkişaf banklarının da inkişaf etməli olduqlarını bildirib.

Nazir, “Bu bankların inkişafı təşviqlər, əməliyyat modelləri və bankların maliyyə resurslarından istifadədə dəyişiklik tələb edəcək”, deyə əlavə edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram