ABŞ-ın maliyyə naziri Çini iqlim dəyişikliyi ilə mübarizədə əməkdaşlığa çağırıb | Banco.az

ABŞ-ın maliyyə naziri Çini iqlim dəyişikliyi ilə mübarizədə əməkdaşlığa çağırıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Canet Yellen Çini iqlim dəyişikliyi ilə mübarizədə əməkdaşlığa səsləyib.

Banco.az xəbər verir ki, ABŞ-ın maliyyə naziri Canet Yellen Pekinə rəsmi səfəri zamanı görüşdüyü iqlim ekspertləri ilə iqlim dəyişikliyi ilə mübarizə məsələlərini müzakirə edib.

Yellen bildirib ki, Çin və ABŞ bir çox məsələlərdəki fikir ayrılıqlarına baxmayaraq, qlobal məsələlərdə birgə çalışmalıdırlar.

“Dünyanın ən böyük istixana qazı emitenti və bərpa olunan enerjinin ən böyük sərmayədarı kimi bizim ümumi məsuliyyətimiz və rəhbərlik etmək qabiliyyətimiz var. İqlim dəyişikliyi qlobal çağırışlar siyahısında birinci yerdədir. Birləşmiş Ştatlar və Çin bu ekzistensial təhlükəyə qarşı birgə çalışmalıdırlar”, - sitatın sonu.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et