Müəllif: Tamara Mustafayeva, Banco.az
ABŞ-ın mal ticarəti kəsiri iyun ayında azalıb.
Banco.az xəbər verir ki, ABŞ Ticarət Nazirliyi mal ticarəti balansı, topdan və pərakəndə satış ehtiyatları ilə bağlı iyun məlumatlarını açıqlayıb.
Məlumatlara görə, "əsas xarici ticarət kəsiri" olaraq adlandırılan mal ticarət kəsiri iyun ayında əvvəlki aya nəzərən 2,5 faiz azalaraq 96,8 milyard dollara geriləyib.
Bazar proqnozları bu dövrdə ABŞ-ın mal ticarəti kəsirinin 98,7 milyard dollar olacağı istiqamətində idi. May ayında mal ticarəti kəsiri 99,4 milyard dollar təşkil edirdi.
Sözügedən dövrdə 172,3 milyard dollarlıq mal ixracı, 269,2 milyard dollarlıq mal idxalı qeydə alınıb.
Məlumatlara görə, iyun ayında topdansatış malların həcmi 0,2 faiz artaraq 903,3 milyard dollara, pərakəndə malların həcmi isə 0,7 faiz artaraq 802,1 milyard dollara çatıb.
Bizi sosial şəbəkələrdən izləyin!!