ABŞ-ın kommersiya xam neft ehtiyatları azalıb | Banco.az

ABŞ-ın kommersiya xam neft ehtiyatları azalıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ-ın kommersiya xam neft ehtiyatları ötən həftə təxminən 3 milyon 700 min barel azalıb.

Banco.az xəbər verir ki, ABŞ Enerji İnformasiya İdarəsi (EIA) ölkədəki kommersiya xam neft ehtiyatlarının keçən həftə təxminən 3 milyon 700 min barel azalaraq 470 milyon barelə düşdüyünü açıqlayıb. Bazar gözləntisi ehtiyatların 4 milyon 346 min barel azalacağı idi.

Kommersiya xam neft ehtiyatlarına daxil olmayan strateji əhəmiyyətli xam neft ehtiyatları isə 400 min barel azalaraq 371 milyon 200 min barelə düşüb.

Sözügedən dövrdə ABŞ-ın benzin ehtiyatları da 4 milyon 100 min barel azalaraq 222 milyon 600 min barelə qədər geriləyib.

Ən sərfəli kredit üçün müraciət et

Ölkənin gündəlik xam neft hasilatı 25-30 mart həftəsi ərzində dəyişməyərək 12 milyon 632 min barel olaraq qeyd edilib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et