ABŞ-ın kommersiya xam neft ehtiyatları azalıb | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) in include() (line 129 of /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

ABŞ-ın kommersiya xam neft ehtiyatları azalıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ-ın kommersiya xam neft ehtiyatları ötən həftə ilə müqayisədə təxminən 5 milyon 200 min barel azalıb.

Banco.az xəbər verir ki, ABŞ Energetika İnformasiya İdarəsi (EIA) ölkədəki kommersiya xam neft ehtiyatlarının keçən həftə təxminən 5 milyon 200 min barel azalaraq 413 milyon 900 min barelə düşdüyünü açıqlayıb. 

Kommersiya xam neft ehtiyatlarına daxil olmayan strateji xam neft ehtiyatları isə 2 milyon 100 min barel azalaraq 387 milyon barelə düşüb.

Qeyd edək ki, sözügedən dövrdə ABŞ-ın benzin ehtiyatları 5 milyon 300 min barel artaraq 219 milyon 100 min barel olaraq qeyd edilib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram