ABŞ-ın kommersiya xam neft ehtiyatları artıb | Banco.az

ABŞ-ın kommersiya xam neft ehtiyatları artıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ-ın kommersiya xam neft ehtiyatları 500 min barel artıb.

Banco.az xəbər verir ki, ABŞ Enerji İnformasiya İdarəsi (EIA) ölkədəki kommersiya xam neft ehtiyatlarının həcmini açıqlayıb.

Buna görə, ölkədə xam neft ehtiyatları ötən həftə 500 min barel artaraq 448 milyon 500 min barelə çatıb. Proqnozlar isə ehtiyatların 3 milyon 378 min barel artacağını deyirdi.

Kommersiya xam neft ehtiyatlarına daxil olmayan strateji xam neft ehtiyatları isə 371 milyon 600 min barel səviyyəsində sabit qalıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et