ABŞ-ın kommersiya neft ehtiyatları 414 milyon barelə enib | Banco.az

ABŞ-ın kommersiya neft ehtiyatları 414 milyon barelə enib

Müəllif: Gülnar Əhmədli, Banco.az

Ötən həftə ABŞ-ın kommersiya xam neft ehtiyatları əvvəlki həftə ilə müqayisədə 2 milyon 200 min barel azalıb.

Banco.az xəbər verir ki, ABŞ Enerji İnformasiya İdarəsinin (EIA) məlumatına görə, ölkənin kommersiya xam neft ehtiyatları 414 milyon 100 min barelə enib.

Eyni zamanda ABŞ-ın strateji xam neft ehtiyatları 300 min barel artaraq 351 milyon 300 min barelə yüksəlib. Benzin ehtiyatları isə 6 milyon 500 min barel artaraq 227 milyon barelə yüksəlib. 

Qeyd edək ki, ötən həftə ABŞ-ın xam neft idxalı əvvəlki həftə ilə müqayisədə gündəlik orta hesabla 1 milyon 14 min barel azalaraq 6 milyon 215 min barel olub. Xam neft ixracı isə gündəlik orta hesabla 944 min barel artaraq 4 milyon 956 min barelə çatıb. 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram