Müəllif: Gülnar Əhmədli, Banco.az
Ötən həftə ABŞ-ın kommersiya xam neft ehtiyatları 2,1 milyon barel azalıb.
Banco.az xəbər verir ki, ABŞ Enerji İnformasiya İdarəsinin (EIA) məlumatına görə, ölkənin kommersiya xam neft ehtiyatları 418,5 milyon barelə enib.
Eyni zamanda ABŞ-ın strateji xam neft ehtiyatları 600 min barel artaraq 351,2 milyon barelə yüksəlib. Benzin ehtiyatları isə 800 min barel azalaraq 219,5 milyon barelə enib.
Qeyd edək ki, ötən həftə ABŞ-ın xam neft idxalı əvvəlki həftə ilə müqayisədə gündəlik orta hesabla 1 milyon barel azalaraq 6,5 milyon barel olub. Xam neft ixracı isə gündəlik orta hesabla 1,9 milyon barel artaraq 5 milyon barelə yüksəlib.
Bizi sosial şəbəkələrdən izləyin!!