ABŞ-ın istehsal sektorunda daralma davam edir | Banco.az

ABŞ-ın istehsal sektorunda daralma davam edir

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ-da istehsal sektorunun zəif fəaliyyət tempi iyul ayında da davam edib.

Banco.az xəbər verir ki, ABŞ Federal Ehtiyat Sisteminin (FED) Nyu-York filialı iyul ayı üzrə istehsal indeksi hesabatını drəc edib.

Nyu-Yorkun istehsal sektorunda fəaliyyət göstərən şirkətlərlə aparılan sorğu nəticəsində hazırlanan hesabata görə, istehsal indeksi iyul ayında 0,6 bənd azalaraq mənfi 6,6 punkt olub. Bazar proqnozları bu dövrdə indeksin mənfi 5,5 punkt hesablanması istiqamətində idi.

Ardıcıl səkkizinci aydır ki, istehsal sektorunda daralmaya işarə edən indeks iyun ayında mənfi 6 punkt qeydə alınmışdı.

İyulda yeni sifariş indeksi 0,4 bənd artdığı halda, mənfi 0,6 punkt olub. Yüklərin daşınması indeksi isə 0,6 bənd artaraq mənfi 3,9 punkta çatıb.

Ən sərfəli kredit üçün müraciət et

Məlumat üçün qeyd edək ki, istehsal sektorunun perspektivləri haqqında informasiya verən istehsal indeksində sıfırdan yuxarı dəyər sektorda artımı, sıfırdan aşağı dəyər isə sektorda daralma olduğunu göstərir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram