Müəllif: Tamara Mustafayeva, Banco.az
ABŞ-da fəaliyyət göstərən iri banklar ehtiyat artımı ilə bağlı addım atmağa hazırlaşırlar.
Banco.az xəbər verir ki, ABŞ-da ötən ay bazarda sabitliyi bərpa etmək və bankın vəziyyətini bir qədər yaxşılaşdırmaq üçün “First Republic Bank”a ən azı 120 gün müddətinə ümumilikdə 30 milyard dollarlıq əmanət yatıran ölkənin bəzi böyük bankları ehtiyatlarını artırmağa hazırlaşır.
Mövzuya yaxın mənbələr bildiriblər ki, bankda ən yüksək əmanətə sahib bankların hər biri 100 milyon dollar ayırmağı düşünür.
Xatırladaq ki, sözügedən dövrdə “First Republic Bank”a “JPMorgan”, “BofA”, “Citi” və “Wells Fargo” hər biri 5 milyard dollar, “Goldman Sachs” və “Morgan Stanley” hər biri 2,5 milyard dollar, “PNC”, “BNY Mellon”, “Truist”, “U.S. Bancorp” və “State Street”in hər biri1 milyard dollarlıq əmanət yatırmışdı.
Bizi sosial şəbəkələrdən izləyin!!