İran hökumətinin sözçüsü Əli Rəbi, ölkəsinin tarixi boyu belə sanksiyalarla qarşı-qarşıya qalmadığını bildirib.
İranın rəsmi agentliyi IRNA-ya görə, paytaxt Tehranda mətbuat konfransı keçirən Rəbi, "ABŞ-ın İrana qarşı hazırkı sanksiyaları əvvəlki dövrlərlə heç bir şəkildə müqayisə edilməzdir",- deyib.
Sanksiyaların ölkə iqtisadiyyatı üzərindəki təsirlərinə toxunan Rəbi, "Sanksiyalar ölkə iqtisadiyyatını təsiri altına alıb. Ancaq məzənnə və inflyasiyada yüksəliş daha çox ABŞ-ın psixoloji müharibəsinin səbəbi ilə meydana gəlmişdir", - İfadələrini istifadə edib.
Rəbi, buna baxmayaraq son iki ayda inflyasiyada geriləmə görüldüyünü, son 18 ayda çətinliklərin yaşandığını, ancaq gələcək 2 ildə vəziyyətin daha yaxşı keçəcəyini iddia edir.
Marja