ABŞ-ın ilk qadın maliyyə naziri seçildi | Banco.az

ABŞ-ın ilk qadın maliyyə naziri seçildi

ABŞ Konqresinin Senatı namizədliyi  Prezident Co Bayden tərəfindən irəli sürülmüş Canet Yellenin ölkənin Maliyyə Nazirliyinin rəhbəri vəzifəsinə təsdiqləyib.

Səsvermə ölkənin qanunverici orqanının yuxarı palatasının saytında yayımlanıb.

ABŞ-ın ilk qadın maliyyə naziri olacaq 74 yaşlı Yellen yaxın vaxtlarda and içəcək.

Qeyd edək ki, 2014-cü ildə o, ölkənin Mərkəzi Bankı funksiyasını yerinə yetirən ABŞ-ın Federal Ehtiyat Sisteminin (FES) sədri vəzifəsində ilk qadın olmuşdu.

Qafqazinfo

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən sərfəli kredit üçün müraciət et

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et