ABŞ-ın İKT nəhənginin Azərbaycanda planları var | Banco.az

ABŞ-ın İKT nəhənginin Azərbaycanda planları var

“Azərbaycanın informasiya və kommunikasiya texnologiyaları (İKT) bazarı vacib və inkişaf edən bazardır".

Bunu ABŞ-ın İKT nəhəngi - "Dell" şirkətinin MDB üzrə baş meneceri İrina Volk deyib. 

O, bu barədə təmsil etdiyi qurumun Bakıda keçirilən texnologiya forumunda danışıb. 

Ən sərfəli kredit üçün müraciət et

“Biz bu ölkədə planlarımızı reallaşdırmaq istəyirik. Azərbaycana, təklif etmək istədiyimiz hər bir məsələnin reallaşacağı bazar kimi baxırıq”, - o qeyd edib. 

"Bizdə keyfiyyətli, müasir həll yolları var. Bu həll yollarını digərləri təklif edə bilmir. Nailiyyətlərimizə görə qürur hissi keçiririk", - "Dell" rəsmisi bildirib.

report.az

Ən sərfəli krediti almaq üçün müraciət et