ABŞ-ın əsas neft istehsalçılarından biri 7,6 milyard dollarlıq satınalma həyata keçirib | Banco.az

ABŞ-ın əsas neft istehsalçılarından biri 7,6 milyard dollarlıq satınalma həyata keçirib

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ-ın əsas neft istehsalçılarından biri olan “Chevron” şirkəti “PDC Energy”ni 7,6 milyard dollara satın alacağını elan edib.

Banco.az xəbər verir ki, şirkətin açıqlamasında “Chevron”un “PDC Energy”nin bütün səhmlərini 6,3 milyard dollara satın almaq üzrə razılıq əldə etdiyi bildirilib.

Açıqlamada sarınalmanın borclarla birlikdə ümumi dəyərinin 7,6 milyard dollar olduğu qeyd edilib.

Bildirilib ki, müqavilə hər iki şirkətin idarə heyəti tərəfindən yekdilliklə təsdiqlənib və prosesin icrası ilin sonuna qədər başa çatdırılmalıdır.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et