ABŞ-ın ən böyük qaz zavodu yenidən fəaliyyətə başlayacaq | Banco.az

ABŞ-ın ən böyük qaz zavodu yenidən fəaliyyətə başlayacaq

Müəllif - Aida İsaq, Banco.az

ABŞ-ın ən böyük mayeləşdirilmiş təbii qaz (LNG) zavodlarından biri olan “Freeport LNG”də təmir işləri başa çatdırılıb.

Banco.az xəbər verir ki, zavod tərəfindən ABŞ Federal Enerji Tənzimləmə Komissiyasına bəzi əməliyyatları bərpa etmək üçün icazə müraciəti göndərilib. Buraya Loop 1 qaz ötürmə xəttinin soyudulmasına start verilməsi, idarəedici kompressorların və qaz kəmərlərinin təmiri daxildir. 

Qeyd edək ki, əvvəllər ABŞ-ın qaz ixracının 20 faizini təmin edən zavodda 2022-ci ilin iyununda partlayış baş vermişdi. Təmirin üç həftə zaman ala biləcəyi bildirilsə də, sonradan prosedurlar bir qədər uzandı.

Qeyd edək ki, tam yüklənmənin 2023-cü ilin mart ayında reallaşdırılacağı gözlənilir. Zavod ildə 15 milyon ton LNG tədarük etmək gücünə sahibdir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram