ABŞ-ın elektromobil istehsalçısı işçi qüvvəsinin 6 faizini ixtisar edəcək | Banco.az

ABŞ-ın elektromobil istehsalçısı işçi qüvvəsinin 6 faizini ixtisar edəcək

Müəllif: Tamara Mustafayeva, Banco.az

Amerikanın elektrik avtomobili istehsalçısı “Rivian” bir ildə ikinci dəfə işçi qüvvəsini 6 faiz azaldır.

Banco.az xəbər verir ki, şirkətin yenidən ixtisar qərarı verməsində əsas səbəb kimi avtomobil bazarında rəqabət mühitinin kəskinləşməsi, əmtəə və istehsal xərclərinin artması göstərilir.

Xatırladaq ki, “Rivian” ötən ilin iyul ayında təxminən 14 min nəfərlik işçi qüvvəsinin 6 faizi işdən çıxarmışdı.

Şirkətin sözçüsü açıqlamasında bildirib ki, ixtisarlar şirkətin İllinoys ştatında fəaliyyət göstərən fabrikdəki istehsala təsir etməyəcək.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et