ABŞ-ın dövlət qurumları "Kaspersky Lab"ın məhsullarından imtina edib | Banco.az

ABŞ-ın dövlət qurumları "Kaspersky Lab"ın məhsullarından imtina edib

Donald Trampın administrasiyası Rusiyanın "Kaspersky Lab" şirkətinin ABŞ hökumət qurumları tərəfindən istifadəsi məqbul olan məhsullar tədarük edən iki şirkətin sırasından çıxarıb.

"APA-Economics" "Reuters"ə istinadən verdiyi məlumata görə, "Kaspersky Lab"ın adı ABŞ dövlət qurumları üçün informasiya texnologiyaları və rəqəmsal fotoavadanlıq sahəsində xidmətlər təklif edən şirkətlərin siyahısından silinib.

ABŞ Ümumi Xidmətlər Administrasiyasından (GSA) bildirilib ki, bu qərar ABŞ hökumət sistemlərinin təhlükəsizliyini təmin etməyə yönəlib və ciddi araşdırmadan sonra qəbul edilib. Bununla yanaşı, idarədən deyiblər ki, dövlət qurumları GSA müqavilələri çərçivəsində alınmamış məhsullardan istifadəyə davam edə bilər.

Ən sərfəli kredit üçün müraciət et