ABŞ-ın dövlət istiqrazlarının gəlirliliyinin artması qızılı cüzi ucuzlaşdırıb | Banco.az

ABŞ-ın dövlət istiqrazlarının gəlirliliyinin artması qızılı cüzi ucuzlaşdırıb

ABŞ-ın dövlət istiqrazlarının gəlirliliyinin artması fonunda qızıl cüzi ucuzlaşıb.

Nyu-Yorkun “Comex” birjasında qızılın fevral fyuçersləri 0,07% və ya 1,35 ABŞ dolları ucuzlaşaraq, 1 unsiyası 1 815,05 ABŞ dollarına satılıb.

ABŞ-ın 10 illik “US Treasuries” istiqrazlarının gəlirliliyi 1,772%-dən 1,839% səviyyəsinə çatıb.

İnvestorlar Federal Ehtiyatlar Sisteminin (FES) gələcək addımlarını təxmin etmək üçün ABŞ-la bağı iqtisadi məlumatları izləyirlər. Belə ki, həftə ərzində ABŞ-da yeni tikililərin və işsizliklə bağlı müavinət üçün müraciətlərin sayı haqqında statistikalar açıqlanacaq.

report.az

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

İnstagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et