Müəllif: Tamara Mustafayeva, Banco.az
“Citi” öz iqlim hesabatında enerji istehlakçılarının 42 faizinin iqlim planına malik olmadığını açıqlayıb.
Banco.az xəbər verir ki, ABŞ-ın dördüncü ən böyük bankı cümə axşamı iqlim hesabatını açıqlayıb.
Hesabatda “Citi” emissiyaları azaltmaq planlarına əsaslanaraq, kredit portfelindəki enerji şirkətlərini "zəif"dən "güclü"yə doğru üç kateqoriyada araşdırıb.
Hesabatda şirkətlərin 42 faizində "əhəmiyyətli keçid planının olmadığı" aşkar edilib. Məlum olub ki, enerji istehlakçılarının yalnız 8 faizi “hərtərəfli və iddialı keçid planını həyata keçirmək qabiliyyətinə” malikdir.
Xatırladaq ki, ötən il başlayan təhlil 2021-ci ilin məlumatlarına əsaslanır.
Bizi sosial şəbəkələrdən izləyin!!