ABŞ-ın cari kəsiri son rübdə 6.2% artıb | Banco.az

ABŞ-ın cari kəsiri son rübdə 6.2% artıb

ABŞ-ın cari əməliyyatlar kəsiri 2018-ci ilin 4-cü rübündə 6.2% artaraq 134.4 milyard dollara yüksəlib.

Proqnoz 130 milyard dollar idi. 

Cari kəsirin ÜDM-ə nisbəti 2.6%-ə yüksələrək 2012-ci ildən bəri ən yüksək səviyyəyə qalxıb. 

3-cü rüb cari kəsir göstəricisi 124.8 milyard dollardan 126.6 milyard dollara dəyişdirilib. 

Bu gün açıqlanan digər bir məlumata görə, ölkənin xarici ticarət saldosu Yanvarda 14.6% düşərək 51.1 milyard dollara enib. 

Ən sərfəli kredit üçün müraciət et

ABŞ Ticarət Nazirliyinin məlumatlarına görə, xarici ticarət kəsiri ixracdakı artımın təsirilə 2019-un ilk ayında 14.6% düşərək 51.1 milyard dollar olub. Bu, 2018-ci ilin Mart ayından bəri ən böyük azalmadır. Proqnoz, xarici ticarət kəsirinin 57 milyard dollar olması istiqamətində idi.

Bu dövrdə ixrac 0.9% artaraq 207.3 milyard dollara yüksəlib, idxal isə 2.6% azalaraq 258.5 milyard dollara geriləyib. 

Marja

Ən sərfəli krediti almaq üçün müraciət et