ABŞ-ın büdcə kəsirinin 10 il ərzində 2,6 trilyon dollara çatacağı gözlənilir | Banco.az

ABŞ-ın büdcə kəsirinin 10 il ərzində 2,6 trilyon dollara çatacağı gözlənilir

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ Konqresinin Büdcə Ofisi (CBO) 2034-cü ildə federal hökumətin büdcə kəsirinin 2,6 trilyon dollara çatacağını proqnozlaşdırıb.

Banco.az xəbər verir ki, CBO "Büdcə və İqtisadi Perspektivlər: 2024-2034" hesabatını dərc edib.

Hesabata görə, federal hökumətin 2023-cü maliyyə ilində 1,7 trilyon dollar olan büdcə kəsirinin bu il 1,6 trilyon dollara qədər azalacağı gözlənilir.

Gələn il büdcə kəsirinin 1,8 trilyon dollara yüksələcəyi proqnozlaşdırılan hesabatda 2034-cü ildə isə büdcə kəsirinin 2,6 trilyon dollara çatacağı qeyd olunub.

Qismən sərt pul siyasəti nəticəsində işsizlik artdıqca 2024-cü ildə iqtisadi artımın yavaşlayacağı da vurğulanıb. Belə ki, ötən il 3,1 faiz olan ölkə iqtisadiyyatının artım tempinin bu il 1,5 faiz, gələn il isə 2,2 faiz olacağı proqnozlaşdırılıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et