Müəllif:Mehin Qasımova,Banco.az
ABŞ Maliyyə Nazirliyi may ayı üçün büdcə balansı hesabatını açıqlayıb.
Banco.az xəbər verir ki, səkkiz aylıq büdcə kəsiri 1,4 trilyon dollara çatıb.
Federal hökumətin keçən ilin may ayında büdcə kəsiri 347 milyard dollar olub ki, bu da keçən ilin eyni ayına nisbətən 9 faiz azalıb.
Bu dövrdə büdcə balansı üçün bazar gözləntiləri 314,3 milyard dollar kəsir idi.
May ayında dövlət gəlirləri 15 faiz artaraq 371 milyard dollara, xərclər isə 2 faiz artaraq 687 milyard dollara çatıb.
ABŞ prezidenti Donald Trampın tarif siyasətinə uyğun olaraq, may ayında gömrük rüsumları daxilolmalarının ötən ilin eyni dövrü ilə müqayisədə 270 faiz artaraq 23 milyard dollara çatması diqqət çəkib.
2025-ci maliyyə ilinin səkkizinci ayı olan may ayı etibarilə ölkənin cəmi büdcə kəsiri keçən ilin eyni dövrü ilə müqayisədə 14 faiz artaraq 1 trilyon 365 milyard dollara çatıb.
Söz mövzusu kəsir keçən ilin eyni dövründə 1 trilyon 202 milyard dollar idi .
Maliyyə ilinin ilk səkkiz ayında gəlirlər ötən ilin eyni dövrü ilə müqayisədə 6 faiz artaraq 3,4 trilyon dollara, xərclər isə 8 faiz artaraq 4,84 trilyon dollara çatıb.