ABŞ-ın bu ştatında bütün əhalinin "TikTok"dan istifadəsi qadağan ediləcək | Banco.az

ABŞ-ın bu ştatında bütün əhalinin "TikTok"dan istifadəsi qadağan ediləcək

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ hökuməti “TikTok” tətbiqi ilə bağlı daha bir addım atıb.

Banco.az xəbər verir ki, ABŞ-ın Montana ştatında Çinin sosial media platforması “TikTok”a tamamilə qadağa qoyulmasını nəzərdə tutan qanun layihəsi qəbul edilib.

Montana ştatının qanunverici orqanının qanunvericiləri “TikTok”un bütün ştatda istifadəsini qadağan edən qanun layihəsinə səs veriblər.

Qanun layihəsi qanunverici orqandan 54 "lehinə" və 43 "əleyhinə" səsi ilə qəbul edilib və Respublikaçı Qubernator Qreq Gianfortenin iş masasına ötürülüb.

Qeyd edək ki, Gianforte qanun layihəsini təsdiq edərsə, Montana ABŞ-da “TikTok”u tamamilə qadağan edən ilk ştat olacaq.

Xatırladaq ki, “TikTok” keçən il Montana ştatında hökumət cihazlarında qadağan edilmişdi.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram