ABŞ-ın böyük bankları müflisləşmələrdən sonra yaranan xərcləri ödəyəcək | Banco.az

ABŞ-ın böyük bankları müflisləşmələrdən sonra yaranan xərcləri ödəyəcək

Müəllif: Tamara Mustafayeva, Banco.az

Böyük ABŞ bankları ölkədə bank böhranına səbəb olan iflaslardan sonra yaranmış xərcləri ödəyəcək.

Banco.az xəbər verir ki, ABŞ Federal Əmanətlərin Sığortalanması Korporasiyasının (FDIC) İdarə Heyəti iki bankın müflisləşməsindən sonra sığortalanmamış əmanətçilərin qorunması ilə bağlı xərclərin iri banklar tərəfindən ödənilməsi təklifini təsdiqləyib.

FDIC-in bəyanatında bildirilir ki, Silicon Valley Bank (SVB) və Signature Bank iflas etdikdən sonra təklif edilən, sığortasız əmanətçilərin qorunması xərclərini ödəmək üçün xüsusi qiymətləndirmə tətbiq edilməsini ehtiva edən tənzimləmə təsdiq edilib.

Həmçinin qeyd olunub ki, SVB və “Signature Bank”ın iflasının ümumi dəyəri təxminən 15,8 milyard dollar təşkil edir.

Bəyanatda böyük məbləğdə sığortalanmamış əmanətləri olan iri bankların sistemli risklərin qiymətləndirilməsindən ən çox faydalanan banklar olduğu vurğulanaraq bu səbəbdən də ümumilikdə 113 bankın xüsusi qiymətləndirməyə məruz qalacağı proqnozlaşdırılıb. Bildirilib ki, ümumi aktivləri 50 milyard dollardan çox olan banklar xüsusi qiymətləndirmənin 95 faizindən çoxunu ödəyəcək, ümumi aktivləri 5 milyard dollardan az olan banklar isə xüsusi qiymətləndirməyə məruz qalmayacaq.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et