ABŞ-ın bank sektoru ilə bağlı narahatlıq artmaqdadır | Banco.az

ABŞ-ın bank sektoru ilə bağlı narahatlıq artmaqdadır

Müəllif: Tamara Mustafayeva, Banco.az

“First Republic Bank” ilə bağlı narahatlıqlar ABŞ bankları arasında stressi alovlandırdığından Fed-in təcili maliyyələşdirmə vasitələrinə müraciətlər yenidən sürətlə artıb.

Banco.az xəbər verir ki, “First Republic Bank”ın ilin birinci rübündə gözləniləndən çox depozit axını olduğunu açıqlaması və bankın səhmlərinin rekord səviyyəyə geriləməsi fonunda ölkədə orta ölçülü banklarla bağlı narahatlıqlar yenidən gündəmə gəlib.

Bunun nəticəsində də, Fed-in endirim pəncərəsi ilə Silikon Vadisi Bankı (SVB) və “Signature Bank”ın müflisləşməsindən sonra tətbiq edilən təcili dəstəklərdən biri olan Bank Müddətli Maliyyələşdirmə Proqramı (BTFP) kimi təcili maliyyələşdirmə imkanları üçün müraciətlər son iki həftə ərzində yenidən artım göstərib.

Dünən açıqlanan rəsmi məlumatlara görə, Fed 19 apreldə başa çatan həftədə maliyyə qurumlarını 143,9 milyard dollar, 26 apreldə başa çatan həftədə isə 155,2 milyard dollar maliyyələşdirib.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, mərkəzi bankın endirim pəncərəsi vasitəsilə maliyyələşdirmə mart ayında 152,9 milyard dollarla rekord qırsa da, sonradan ölkədə bank stresi səngidikcə azalmışdı.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et