Müəllif - Aida İsaq, Banco.az
2023-cü ilin yanvar ayında ABŞ-dan Avropaya mayeləşdirilmiş təbii qaz (LNG) ixracı azalıb.
Banco.az xəbər verir ki, buna Asiyada müvafiq enerji növünə təlabatın artması səbəb olub. Bu barədə “S&P Global Commodity Insights” şirkəti məlumat verib. Beləliklə, Çində karantin məhdudiyyətlərinin aradan qaldırılması fonunda yanvar ayında Avropaya yola düşən ABŞ tankerlərinin sayında azalma qeydə alınıb.
Qeyd olunur ki, yanvarın əvvəlindən ABŞ-dan LNG tədarükünün 64%-i Avropa bazarının payına düşüb. 2022-ci ilin dördüncü rübündə müvafiq səviyyə (oktyabr-dekabr) 70% təşkil edib. Müvafiq dövrdə İndoneziya, Çin, Koreya Respublikası, Sinqapur, Tailand, Tayvan və Yaponiya ABŞ LNG-nin ümumilikdə 29%-ni ixrac edib. Ötən ilin oktyabr-dekabr aylarında bu həcm 22% səviyyəsində müəyyənləşib.
Bizi sosial şəbəkələrdən izləyin!!