ABŞ-ın artım proqnozuna yenidən baxılıb | Banco.az

ABŞ-ın artım proqnozuna yenidən baxılıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ-ın artım proqnozu yuxarıya doğru yenidən nəzərdən keçirilib.

Banco.az xəbər verir ki, ABŞ-ın 2023-cü ilin ilk rübü üzrə artım göstəriciləri 1,1 faizdən 1,3 faizə çatdırılıb.

Ticarət Nazirliyinin cümə axşamı açıqladığı rəqəmlərə görə, ölkədə istehlak xərcləri daha yüksək nisbətdə - 3.8 faizə qədər yenidən nəzərdən keçirilib.

Qeyd edilib ki, əmtəə və xidmətlərin istehsalından əldə edilən gəlir və xərclərin göstəricisi sayılan Ümumi Daxili Gəlir ötən ilin dördüncü rübündə 3,3 faiz azaldıqdan sonra bu ilin ilk rübündə 2,3 faiz azalıb.

Məlumatlar həmçinin göstərir ki, 2023-cü ilin ilk üç ayında düzəliş edilmiş vergidən əvvəlki korporativ mənfəətdə də azalma müşahidə edilib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et