ABŞ ilə Aİ arasında ticarət danışıqları nəticəsiz başa çatdı | Banco.az

ABŞ ilə Aİ arasında ticarət danışıqları nəticəsiz başa çatdı

Müəllif:Mehin Qasımova,Banco.az

ABŞ ilə Aİ arasında ticarət danışıqları yenə də  nəticəsiz başa çatıb.

Banco.az xəbər verir ki, Avropa Parlamentinin  və üzv dövlətlərin nümayəndələri  ticarət paketi üçün əlavə qaydaları yekunlaşdırmaq üçün bir araya gəldiblər.

Təxminən altı saat davam edən gərgin danışıqlara baxmayaraq, Aİ tərəfi yekun mətn üzərində razılığa gələ bilməyib.

Qeyd edək ki, bu paketin təməli ötən ilin iyul ayında "Turnberry Sazişi" ilə qoyulub.

ABŞ Prezidenti Donald Trampın gələn həftədən etibarən Avropa istehsalı olan nəqliyyat vasitələrinə tarifləri 25%-ə qaldırmaqla bağlı təhdidi bazarlarda çaxnaşma yaradıb. Brüsseldəki siyasi çıxılmaz vəziyyət isə hələ də həll olunmayıb.