ABŞ II rüb göstəricilərini açıqlayacaq | Banco.az

ABŞ II rüb göstəricilərini açıqlayacaq

Bu gün ABŞ-da II rüb iqtisadi artım tempi göstəricisinin ilkin variantı açıqlanacaq. 

"Report" xəbər verir ki, "Reuters" agentliyi tərəfindən keçirilən sorğunun nəticələrinə əsasən, analitiklər dünənə qədər ÜDM-in 2,6% artacağını proqnozlaşdırırdılarsa, hazırda bu ehtimal 3,5%-ə qədər yüksəlib. Buna səbəb pərakəndə və topdan satışda mənfəətliliyin kəskin artması olub. Xatırladaq ki, ilk rübdə ABŞ iqtisadiyyatı 1,4% artıma nail olub.

ÜDM-də mümkün sürətli artım və əmək bazarının möhkəmlənməsi FED-i sentyabr ayında balansını azaltmağa, dekabrda isə faizləri yüksəltməyə vadar edə bilər. "Wells Fargo Securities"in Şarlottada yerləşən şöbəsinin baş iqtisadçısı Sem Bullard hesab edir ki, FED hazırda monetar siyasətdə sərtləşməyə başlamaq üçün bəhanə axtarır.

Ən sərfəli kredit üçün müraciət et

Ekspertlər II rübdə iqtisadi artımın gözləntiləri aşması halında belə il ərzində ÜDM-in 2,5%-i ötməyəcəyini bildirirlər. "Report"un analitik qrupu bildirir ki, bu gün ÜDM gözləntilərdən çox artdığı məlum olarsa, dollarda kəskin bahalaşma müşahidə olunacaq. USD/EUR məzənnəsi isə cari 1,17 səviyyəsindən 1,15-ə qədər düşə bilər.

Ən sərfəli krediti almaq üçün müraciət et