ABŞ idxal edilən borulara dampinq vergisinin müddətini 5 il uzadıb | Banco.az

ABŞ idxal edilən borulara dampinq vergisinin müddətini 5 il uzadıb

ABŞ-ın Beynəlxalq Ticarət Komissiyası, Türkiyə də daxil olmaqla, dörd ölkədən idxal edilən iri radiuslu borularla bağlı gömrük vergilərinin müddətinin daha beş il uzadılması barədə qərar verib. Komissiyanın açıqlamasında vergilərin tətbiqinin əsas səbəbi kimi Cənubi Koreya, Türkiyə, Kanada və Yunanıstandan boruların idxal edilməsi ucbatından Amerika istehsalçılarının ziyana düşdükləri göstərilib. ABŞ-ın bir qrup istehsalçısının 16 düymlük (406,4 mm) boru kəmərlərinin idxalı ilə bağlı şikayətini qiymətləndirən və fevral ayında araşdırma aparmağa başlayan ABŞ Ticarət Nazirliyi bu cür boruların idxalında ölkə bazarında dampinq tətbiq edildiyini və bəzi hallarda adları çəkilən hökumətlərin ixraca subsidiya verdiklərini bildirmişdi.

Ən sərfəli kredit üçün müraciət et

Vergiler.az