ABŞ-ı geridə qoyacaq | Banco.az

ABŞ-ı geridə qoyacaq

IHS Economics-in hesabatına görə, Çin 2024-cü ildə 28,2 trilyon dollarlıq bazar həcmi ilə ABŞ-ı geridə qoyacaq. 

Çinin 2024-cü ilə kimi dünyanın ən böyük iqtisadiyyatı olacağı düşünülür. IHS Economics-in hesabatına görə, növbəti 10 illik müddətdə Çin istehlakdakı artımı tarazlayaraq yerli iqtisadiyyat strukturunu yenidən formalaşdıracaq.

Hesabatda, istehlak xərclərindəki artımın Çinin nominal milli gəlirini hazırkı 10 trilyon dollarlıq səviyyədən 2024-cü ildə 28,25 trilyon dollara yüksəldəcəyi gözlənilərkən, bu rəqəmin ABŞ üçün 27,31 trilyon dollar olacağı nəzərdə tutulur.