ABŞ HSBC-yə cəza verdi | Banco.az

ABŞ HSBC-yə cəza verdi

ABŞ hökuməti İngiltərə bankı HSBC-ə mənzil kreditlərinə qüsurlu tətbiqləri səbəbiylə 601 milyon dollar cəza verdi. HSBC-nin 2007-2009-cu illər arasında kredit verdiyi şəxslərin məlumatlarına lazımi şəkildə nəzarət etmədiyi və bunun da istehlakçını zərərə uğratdığı ifadə edildi.

ABŞ Ədliyyə Nazirliyi tərəfindən verilən açıqlamada, HSBC-nin mənzil kreditləri verdiyi müddətdə qüsurlu tətbiqlər səbəbiylə 470 milyon dollar cəza aldığını açıqlandı.

ABŞ hökuməti ilə HSBC arasındakı razılığa görə, bank iyul ayına qədər mənzil kreditindən dolayı zərərə uğrayanların borclarının ödənməsi üçün 370 milyon dollar ödəməyi qəbul etdi. İngiltərə bankı həmçinin, 2008-2012-ci illər arasında evlərini müsadirə yolu ilə itirən istehlakçılara da 100 milyon dollar ödəyəcək.

Ən sərfəli kredit üçün müraciət et

Cəzanın 59 milyon dolları evlərini itirən borclulara kömək olmaq üçün dövlət fondu tərəfindən veriləcək. ABŞ Mərkəz Bankı da eyni səbəblərdən ötəri İngiltərə bankına əlavə olaraq 131 milyon dollar cəza verdiyini bildirib.

HSBC səlahiyyətliləri, hökumət ilə razılaşmanın ABŞ-lı istehlakçıların xeyrinə olduğunu söylədi. HSBC, razılaşmadan duyduğu məmnuniyyəti dilə gətirdi.