ABŞ Hörmüz boğazı üçün koalisiya yaratmağa hazırlaşır | Banco.az

ABŞ Hörmüz boğazı üçün koalisiya yaratmağa hazırlaşır

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ Hörmüz boğazı üçün koalisiya yaratmağa hazırlaşır.

Banco.az xəbər verir ki, ABŞ-da Donald Tramp administrasiyası İranla gərginliyin davam etdiyi bir dövrdə Hörmüz boğazı üzərindən dəniz daşımalarını yenidən canlandırmaq məqsədilə beynəlxalq koalisiya yaratmaq təşəbbüsü irəli sürür.

ABŞ Dövlət Departamentinin bir rəsmisi verdiyi açıqlamada “ABŞ-ın Hörmüz boğazı ilə bağlı yeni beynəlxalq koalisiya yaratmaq səyləri göstərdiyi” barədə yayılan xəbərləri təsdiqləyib.

Rəsmi ilk dəfə Wall Street Journal (WSJ) tərəfindən gündəmə gətirilən məlumatı doğrulayaraq bildirib ki, “Dəniz Yolu Azadlığı Bölməsi (MFC) gəmilərin bu sulardan təhlükəsiz keçidini təmin etmək üçün real vaxt məlumatı, təhlükəsizlik üzrə tövsiyələr və koordinasiya təqdim etməklə təhlükəsiz keçidi təmin edən addımlar atacaq”.

ABŞ ilə İran arasında davam edən gərginlik səbəbindən Hörmüz boğazından keçidlərin pozulmasının ciddi problem yaratdığını qeyd edən rəsmi bildirib ki, Vaşinqtonda Dövlət Departamentinin tərkibində yaradılacaq bu qurum müttəfiq ölkələrin paytaxtları ilə koordinasiyalı şəkildə fəaliyyət göstərəcək.

Sözügedən beynəlxalq platformanın Hörmüz boğazında gəmiçilik təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayacağını vurğulayan rəsmi əlavə edib ki, bu istiqamətdə fəaliyyətlər müttəfiqlərlə tam uyğunluq şəraitində davam etdiriləcək.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram