ABŞ hökuməti süni intellekt haqqında fərman imzalayıb | Banco.az

ABŞ hökuməti süni intellekt haqqında fərman imzalayıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ hökuməti süni intellekt haqqında fərman imzalayıb.

Banco.az xəbər verir ki, ABŞ administrasiyası süni intellektdən yaranan risklərin qarşısını almağa yönəlmiş hərtərəfli fərman imzalayıb.

Ağ Evdən verilən bəyanata görə, ABŞ prezidenti Co Baydenin əmri ilə hazırlanan fərman süni intellekt təhlükəsizliyi üçün yeni standartlar təqdim edir.

“Amerikalıları süni intellekt sistemlərinin potensial risklərindən qorumaq üçün” hazırlandığı bildirilən fərman süni intellekt sistemləri inkişaf etdirən şirkətlərdən təhlükəsizlik testlərinin nəticələrini və digər kritik məlumatları hökumətlə paylaşmağı tələb edir.

Fərmana əsasən, qurumlar təhlükəsizlik testləri üçün standartlar müəyyən etməli və kibertəhlükəsizlik risklərini aradan qaldırmalıdır.

Ən sərfəli kredit üçün müraciət et

İnsanları fırıldaqçılıqdan qorumaq üçün süni intellektlə yaradılmış məzmunu aşkar etmək və yoxlamaq üçün yeni qaydalar tətbiq edilir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et