ABŞ hakimiyyəti 6 ən böyük reytinq agentliyini 49 milyon dollar cərimələyib | Banco.az

ABŞ hakimiyyəti 6 ən böyük reytinq agentliyini 49 milyon dollar cərimələyib

Müəllif:Ayşən İmanova/Banco.az

ABŞ Qiymətli Kağızlar və Birja Komissiyası (SEC) altı əsas reytinq agentliyini elektron rabitənin həyata keçirilməsində və saxlanmasında “ciddi pozuntulara” görə ümumilikdə 49 milyon dollar məbləğində cərimələyib.

Banco.az xəbər verir ki, bu barədə məlumat komissiyanın saytında yerləşdirilib.

Bildirilib ki, “Moody's Investors Service”, “S&P Global Ratings”, “Fitch Ratings”, “HR Ratings de Mexico”, “AM Best Rating Services” və “Demotech” şirkətləri cərimələnib.

Ən sərfəli kredit üçün müraciət et

SEC-in məlumatına görə, ən böyük cərimələr “Moody's” və “S&P” agentliklərinə tətbiq edilib: hər biri 20 milyon dollar. “Fitch” - 8 milyon dollar. Qalan üç reytinq agentliyi müvafiq olaraq 250 min dollar, 1 milyon dollar və 100 min dollar ödəməli olacaqlar.

Bütün şirkətlər qeydlərin aparılması və saxlanması ilə bağlı federal qanunların pozulmasını etiraf ediblər.

Ən sərfəli krediti almaq üçün müraciət et