ABŞ fond bazarında əsas indekslər kəskin azalıb | Banco.az

ABŞ fond bazarında əsas indekslər kəskin azalıb

Amerika fond bazarında Dow Jones indeksi 2,84% - 16 058,35 bəndədək, NASDAQ 2,94% - 4 636,10 bəndədək, S&P 500 2,96% - 1 913,85 bəndədək azalıb.

Avropa fond bazarlarında FTSE 100 indeksi 3,03% - 6 058,54 bəndədək, Fransa CAC-40-ı 2,40% - 4 541,16 bəndədək, Almaniya DAX-ı isə 2,38% - 10 015 bəndədək azalıb.

ABŞ fond bazarında əsas indekslərin azalmasına investorların Çinin iqtisadi vəziyyətindən ehtiyatlanması ilə izah olunur. Məsələ ondadır ki, dünyanın ikinci ən böyük iqtisadiyyatına malik ölkədə iqtisadi zəifləmə templəri gözləniləndən də sürətlə azalmağa başlayıb.  

Ən sərfəli kredit üçün müraciət et

COMEX-də sonuncu hərraclarda qızılın bir unsiyasının qiyməti 1,60 dollar azalaraq 1 138,20 dollara, gümüş isə 0,06 dollar ucuzlaşaraq 14,56 dollara satılıb.

Ən sərfəli krediti almaq üçün müraciət et