ABŞ fələstinlilərə 404 milyon dollarlıq yardım göndərəcək | Banco.az

ABŞ fələstinlilərə 404 milyon dollarlıq yardım göndərəcək

Müəllif:Ayşən İmanova/Banco.az

ABŞ administrasiyası Qəzza zolağı və İordan çayının qərb sahilindəki Fələstin əhalisinə 404 milyon dollar dəyərində humanitar yardım edəcək.

Banco.az xəbər verir ki, bu barədə Dövlət Departamentinin yaydığı məlumatda deyilir.

Məlumata görə, “Birləşmiş Ştatlar Qəzza zolağı, İordan çayının qərb sahili və bölgədəki mülki fələstinlilərə dəstək olmaq üçün əlavə 404 milyon dollar dəyərli humanitar yardım verəcək”. 

Amerika Xarici İşlər Nazirliyi bildirib ki, bu vəsait xüsusilə fələstinliləri qida, dərman və müvəqqəti mənzillə təmin etmək üçün istifadə olunacaq.

ABŞ digər donorları Qəzzada və regionda humanitar yardıma töhfə verməyə, münaqişədən zərər çəkənlərə dəstəyi artırmağa və böhranın davamlı həll yollarını tapmaq üçün birlikdə işləməyə çağırıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram