Müəllif: Tamara Mustafayeva, Banco.az
ABŞ Energetika Naziri benzin qiymətləri ilə bağlı proqnozunu bölüşüb.
Banco.az xəbər verir ki, ABŞ-ın Energetika naziri Kris Rayt Yaxın Şərqdə gərginliyin artması səbəbindən ölkədə yüksələn benzin qiymətlərinin aşağı düşməsinin aylarla deyil, həftələrlə davam edəcəyini bildirib.
Kris Rayt televiziya proqramında çıxışı zamanı enerji gündəliyi ilə bağlı qiymətləndirmələr aparıb.
ABŞ donanmasının zərurət yarandığı halda Hörmüz boğazından keçən neft tankerlərini müşayiət etməsinin nə qədər müddətdə mümkün olacağı ilə bağlı suala cavab verən Rayt, bunun “mümkün qədər tez” baş verəcəyini deyib.
Rayt qeyd edib ki, ABŞ-ın bölgədəki mövcud hərbi qüvvələrinin əsas diqqət mərkəzi İranın qonşu ölkələrə və bölgədə yaşayan amerikalılara zərər vermək imkanlarını məhdudlaşdırmaqdır. O əlavə edib:
“Buna görə əvvəlcə onların problem yaratmaq imkanlarını böyük ölçüdə azaltmalıyıq. Daha sonra münasib şərait yaranan kimi gəmilərin boğazdan keçidini təmin etməli və enerji axınını yenidən bərpa etməliyik.”
Rayt Hindistanın Rusiyadan neft almasına niyə icazə verilməsi ilə bağlı suala cavabında isə bunun praqmatik yanaşma olduğunu bildirib.
Bizi sosial şəbəkələrdən izləyin!!
