ABŞ Ədliyyə Nazirliyi "Google"un bölünməsini nəzərdən keçirir | Banco.az

ABŞ Ədliyyə Nazirliyi "Google"un bölünməsini nəzərdən keçirir

Müəllif:Ayşən İmanova/Banco.az

ABŞ Ədliyyə Nazirliyi "Google"un bölünməsi ehtimalını nəzərdən keçirir. 

Banco.az xəbər verir ki, bu barədə "The Verge" nəşri məlumat yayıb.

Hökumət hüquqşünasları artıq "Google"un bölünməsinin qarşısını almaq və bazarda rəqabəti bərpa etmək üçün tədbirlər təklif ediblər.
Təklif edilən tədbirlər arasında "Google"un biznesinin bir hissəsi olan "Chrome", "Android" və ya "Google Play"in bəzi hissələrini satmağa məcbur etmək daxildir.

Ən sərfəli kredit üçün müraciət et

"Google" isə cavabında qeyd edib ki, təklif olunan tədbirlər məhkəmənin qərarının hüdudlarından kənara çıxır, həmçinin "Chrome" və "Android"in işini poza bilər. Şirkətdən bildirilir ki, bir milyarda yaxın istifadəçi bu pulsuz məhsullar sayəsində internetə çıxış əldə edir və az sayda şirkət onları eyni səviyyədə saxlaya bilər.

Son aylarda ABŞ məhkəmələri bir neçə dəfə “Google”u axtarış sistemi və “Android” proqram mağazası bazarlarında monopolist kimi tanıyıb. Ekspertlərin fikrincə, belə bir qərar vəziyyəti düzəldə və bazarda rəqabəti bərpa edə bilər.

Ən sərfəli krediti almaq üçün müraciət et