ABŞ dünyanın qabaqcıl məntiq çiplərinin 20 faizini istehsal etməyi hədəfləyir | Banco.az

ABŞ dünyanın qabaqcıl məntiq çiplərinin 20 faizini istehsal etməyi hədəfləyir

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ dünyanın qabaqcıl məntiq çiplərinin 20 faizini istehsal etməyi hədəfləyir.

Banco.az xəbər verir ki, ABŞ-ın ticarət naziri Cina Raymondo yüksək texnologiyalı məntiq çiplərinin istehsalına investisiyaların ölkəni on ilin sonuna qədər dünyadakı qabaqcıl məntiq çiplərinin təxminən 20 faizini istehsal edən bir mövqeyə gətirəcəyini düşündüklərini dilə gətirib.

Nazir Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzində iştirak etdiyi tədbirdə ABŞ-da çip istehsalını və bu mövzuda elmi araşdırmaları artırmaq üçün nəzərdə tutulan CHIPS və Elm Qanunu çərçivəsindəki inkişaflar haqqında qiymətləndirmələr edib.

Süni intellekt ilə birlikdə ən müasir yarımkeçirici çiplərə tələbatın artdığına diqqət çəkən Raymondo süni intellektin bu nəslin təyinedici texnologiyası olacağını və ən müasir çiplərin istehsalına rəhbərlik edə bilməyənlərin süni intellektə rəhbərlik edə bilməyəcəyini dilə gətirib.

Ən sərfəli kredit üçün müraciət et

Nazir ABŞ-ın çiplərin dizaynına və süni intellektin geniş dil modellərinin hazırlanmasına rəhbərlik etdiyini, lakin bu texnologiya ilə milli müdafiə üçün lazım olan çipləri istehsal etmədiyini qeyd edib.

Bu çiplərin ABŞ-da istehsal edilməsi lazım olduğunu vurğulayan Raymondo ölkədə bu mövzuda daha çox Ar-Ge və daha geniş miqyasda istehsala ehtiyac olduğunu bildirib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et