ABŞ dövlət katibi taxıl müqaviləsinin uzadılmasına tərəfdar çıxıb | Banco.az

ABŞ dövlət katibi taxıl müqaviləsinin uzadılmasına tərəfdar çıxıb

Müəllif - Aida İsaq, Banco.az

ABŞ dövlət katibi Entoni Blinkenin Çin liderləri ilə görüşü baş tutub. 

Banco.az xəbər verir ki, görüş zamanı ərzaq təhlükəsizliyi müzakirə edilib. O, həmkarlarına ABŞ-ın Qara dəniz taxıl sazişinin uzadılmasının vacibliyi ilə bağlı mövqeyini bildirib. Bundan başqa rəsmi nümayəndə Çinin qlobal ərzaq təhlükəsizliyi probleminin həllində əsas rol oynaya biləcəyini vurğulayıb.

Qeyd edək ki, daha öncə Rusiya tərəfi yalnız öz maraqlarının təmin olunacağı halda taxıl müqaviləsinin uzadılacağını qeyd edib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et